Bank Of Baku

XİN rəhbərinin müavini Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin əhəmiyyətindən danışıb

Xarici işlər nazirinin müavini Elnur Məmmədov

© APA | Xarici işlər nazirinin müavini Elnur Məmmədov

# 25 sentyabr 2026 12:59 (UTC +04:00)

“Son illərdə azad olunmuş ərazilərdə beynəlxalq aeroportların açılması tranzit yüklərin daşınmasında artıma səbəb olub”.

APA xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan regionun ən böyük kommersiya hava parkına malikdir: “Regional yükdaşıma sahəsində aparıcı aviaşirkət fəaliyyət göstərir və illik yükdaşıma imkanları əhəmiyyətli həcmdədir. Lakin təkcə infrastruktur rəqabətqabiliyyətli marşrut yaratmır. Bunun üçün marşrut boyunca yerləşən ölkələrin öz siyasət və qərarlarını əlaqələndirməsi tələb olunur. Bu isə qonşularla möhkəm tərəfdaşlıqların qurulması deməkdir".

Elnur Məmmədov qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin bu baxımdan əhəmiyyəti də məhz buna görə artıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması daha dərin reallığı əks etdirir: Azərbaycan ümumi inteqrasiya proseslərinin bir hissəsinə çevrilir və bu inteqrasiyanı daha da gücləndirir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR