"Avropa Siyasi Birliyinin 2028-ci ildə Azərbaycanda keçiriləcək sammitini səbirsizliklə gözləyirəm".
APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Monteneqro çox gözəl ölkədir. Biz turizm məkanıyıq. Azərbaycandan, eləcə də dünyanın bir çox başqa yerlərindən ölkəmizə turistlər gəlir. Turizm iqtisadiyyatımızın mühüm hissəsidir və biz hamı üçün qonaqpərvər ölkəyik. Buna görə də, buyurun, ölkəmizə gəlin, bizi ziyarət edin”, - o qeyd edib.