Ukrayna DİN: Separatçılar “Boinq-777” təyyarəsində həlak olan sərnişinlərin pullarını, zinət əşyalarını və kredit kartlarını oğurlayıblar

Ukrayna DİN: Separatçılar  “Boinq-777” təyyarəsində həlak olan  sərnişinlərin pullarını, zinət əşyalarını və kredit kartlarını oğurlayıblar
# 19 iyul 2014 03:41 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Qeraşenko bildirib.

“Mənə daxil olan məlumata görə, terrorçular dünən “Boinq-777” təyyarəsində həlak olan sərnişinlərin pullarını, zinət əşyalarını, xüsusilə də, kredit kartlarını oğurlayıblar. Onlar hazırda bu kartlarda olan vəsaitləri nağdılaşdırmağa səy göstərəcəklər. Həlak olan sərnişinlərin qohumlarından təcili kredit kartlarını bloklamaq xahiş olunur ki, həlak olan sərnişinlərin pul vəsaitləri terrorçuların maddi bazasının möhkəmləndirilməsinə sərf edilməsin!”, deyə Anton Qeraşenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR