Ötən il 11 703 gənc məşğulluq xidmətləri tərəfindən işə düzəldilib

Ötən il 11 703 gənc məşğulluq xidmətləri tərəfindən işə düzəldilib
# 22 avqust 2014 13:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən il məşğulluq xidmətləri tərəfindən işə düzəldilmiş və işsizlik statusu verilmiş gənclərin sayı açıqlanıb.


Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il 11 703 nəfər məşğulluq xidmətləri tərəfindən işə düzəldilib.

Həmçinin işsiz statusu verilmiş gənclərin sayı 835 nəfər olub. Bununla yanaşı, peşə təlimlərinə göndərilmiş gənclərin sayı 3 013 nəfər təşkil edib. İctimai işlərə isə 403 nəfər cəlb olunub. İlin sonuna işsiz statusu verilən gənclərin sayı 17 655 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR