“Azəri-Çıraq-Günəşli” yatağından əldə olunan gəlirin həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” yatağından əldə olunan gəlirin həcmi açıqlanıb
# 02 sentyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-avqust ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən əldə olunan gəlirinin həcmini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 8 ayında AÇG-dən 10 770 mln. ABŞ dolları gəlir əldə edilib. 2001-ci ildən etibarən bu günə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlərin həcmi 105 602 mln. dollar təşkil edib.

Qeyd edək ki, AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb. Yataqlar blokundan neftin ixracından əldə olunan gəlirin 80%-i Azərbaycan hökumətinin, 20%-i isə xarici tərəfdaşların payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR