Türkiyə Romadan İtaliyanın baş naziri Matteo Rentsinin bəyanatına aydınlıq gətirilməsini tələb edib

Türkiyə Romadan İtaliyanın baş naziri Matteo Rentsinin bəyanatına aydınlıq gətirilməsini tələb edib
# 17 yanvar 2015 23:24 (UTC +04:00)

Qeyd edək ki, Matteo Rentsi yanvarın 16-da La7 telekanalına müsahibəsində bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkəsində KİV-ləri bağlatdırır və jurnalistləri həbs etdirir və belə olduğu halda Əhməd Davudoğlu Türkiyədə mətbuat azadlığını müdafiə etmək əvəzinə bunu etmək üçün Fransaya gedib.

Əhməd Davudoğlu bəyanata sərt reaksiya verib: “Matteo Rentsinin bəyanatı qəbuledilməzdir və mən ondan izahat verməsini tələb edirəm. Biz artıq İtaliyaya etirazımızı bildirmişik. Əgər İtaliyanın baş naziri izahat verməzsə, biz buna beynəlxalq səviyyədə çox sərt cavab verəcəyik” deyə baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR