Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibəti ilə təntənəli mərasim keçirilib - FOTOSESSİYA

Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibəti ilə təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2014 12:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" şüarı altında təntənəli mərasim keçirilib.

APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Prezident Administrasiyasının təmsilçiləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri və başqaları iştirak ediblər.

Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev təltif edilənlərə "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" yubiley medalını təqdim ediblər.

Medalla təltif olunanlar arasında general-mayor Abbasəli Novruzov, general-leytenant İnayət Xəlilov, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin zabit və gizirləri, veteranlar yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR