DBX Novruz bayramı ilə əlaqədar reydlərə başlayıb

DBX Novruz bayramı ilə əlaqədar reydlərə başlayıb
# 12 mart 2014 10:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dövlət Baytarlıq Xidməti (DBX) Novruz bayramı ilə əlaqədar Bakının müxtəlif yerlərində reydlər keçirməyə başlayıb. Bu barədə APA-ya DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O bildirib ki, reydlər Bakı şəhəri ərazisində fəaliyyət göstərən bir neçə ət qəbulu məntəqələri və bazarlarında, Novruz bayramında təşkil ediləcək yarmarkalarda keçiriləcək: “Bununla bağlı artıq Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəhərə gətirilən heyvanlar baytarlıq sənədləri əsasında, əgər kəsilmiş formada gələrsə, müayinədən keçirilib satışına icazə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR