Əfqanıstan Müdafiə Nazirliyi: “Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq” - VİDEO

Əfqanıstan Müdafiə Nazirliyi: “Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq” - <span style="color: red;">VİDEO
# 03 mart 2014 07:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Əfqanıstanın Müdafiə Nazirliyinin ümumi hərbi siyasət və insan resurları şöbəsinin müdiri Mohd Qasem Vardak bəyan edib.

O qeyd edib ki, Azərbaycan Əfqanıstan üçün dost və qardaş ölkədir.

“Biz ölkənizin inkişaf templərinə görə sevinirik”, - deyə M.Vardak vurğulayıb.

M.Vardakın sözlərinə görə, Azərbaycanla Əfqanıstan oxşar problemlərlə qarşılaşıb: “Müstəqillik əldə etdikdən sonra Azərbaycan çətinliklərlə qarşılaşıb və onları dəf edib. Biz ümid edirik ki, Azərbaycan eyni problemlərlə üzləşən Əfqanıstana yardım edəcək. Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda fəaliyyət göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR