Naftalan və Yevlaxda avtomatik yanğınsöndürmə topunun təqdimatı keçirilib - FOTO

Naftalan və Yevlaxda avtomatik yanğınsöndürmə topunun təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 23 aprel 2014 09:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti rayonlarda avtomatik yanğınsöndürmə topunun təqdimatını keçirib.

Xidmətdən APA-ya verilən məlumata görə, yanğınların statistikası və təhlili göstərir ki, Naftalan şəhərində “Rixos Hotel”də və Yevlax rayonunda "Azərtoxum" MMC toxumçuluq müəssisəsində keçirdiyi Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimi məhz insanların ilkin yanğınsöndürmə vasitələri haqqında bilgilərini artırmağa xidmət edib.

Avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimlərində bildirilib ki, insan müdaxiləsi, mexaniki təsir olmadan topa kiçik bir alışma, alov toxunarkən aktivləşir, yanğın 3-5 saniyə müddətində sönür.

Tədbir iştirakçılarına avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri haqqında məlumat verilərək qeyd olunub ki, bu yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür və onu yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur, ekoloji cəhətdən təhlükəsizdir.

Təqdimat mərasimlərində tədbir iştirakçıları avtomatik yanğınsöndürmə topunun saxlanılması qaydaları haqqında məlumatlandırılıb, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR