Dövlət Gömrük Komitəsi: Azərbaycanda Ermənistan mənşəli kartofun satılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - VİDEO

Dövlət Gömrük Komitəsi: Azərbaycanda Ermənistan mənşəli kartofun satılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 14:28 (UTC +04:00)

Komitədən «APA-Economics»ə bildirilib ki, dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına uyğun olaraq, ölkəyə idxal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən, kartof məmulatlarının mənşə, fitosanitar, gigiyenik sertifikatları və digər zəruri sənədləri gömrük orqanlarına təqdim olunur. Bu sənədlər ciddi şəkildə yoxlanıldıqdan sonra malın ölkə ərazisinə idxalına icazə verilir. Yuxarıda sadalanan sənədlərdə şübhə doğuran məqamlar olarsa gömrük orqanları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

«DGK rəsmi olaraq bir daha ictimaiyyətin nəzərinə çatdırır ki, Azərbaycanın daxili bazarında Ermənistan mənşəli kartof məhsullarının satılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur və həqiqətə uyğun deyil», - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR