Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 87 yaşlı kişi xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 87 yaşlı kişi xilas olunub
# 01 aprel 2014 20:56 (UTC +04:00)

Bakı-APA. Bakının Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1927-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR