Gəncə şəhər sakini narkotik satarkən saxlanılıb

Gəncə şəhər sakini narkotik satarkən saxlanılıb
# 05 mart 2014 09:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakininin evindən xeyli miqdarda qurudulmuş marixuana aşkarlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Sabiq Oqtay oğlu Əsgərov 3,13 qram marixuananı satarkən saxlanılıb. Onun evinə baxış zamanı 6 kiloqram 540 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR