İran və Azərbaycan birgə ticarət palatası yaradacaq

İran və Azərbaycan birgə ticarət palatası yaradacaq
# 12 mart 2014 13:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Azərbaycan birgə ticarət palatası yaradacaq. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Ərdəbil Ticarət Palatasının sədr müavini Behruz Süleymanpur bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrlə ticarət sahəsində əlaqələri inkişaf etdirmək qarşıda duran əsas məqsədlərdəndir: “Bu çərçivədə Şimali İraq, Türkiyənin Ərzurum və Bursa şəhərləri, Naxçıvan, İrəvan, Dağıstan, Həştərxan və Azərbaycanı hədəf bazarlar olaraq müəyyənləşdirmişik. Hədəf bazarlar İran üçün məhsuldar və faydalı olacaq. Növbəti ayda da İran və Azərbaycan Respublikası birgə ticarət palatası yaratmağı qərara alıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR