Kiyevdə iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb - VİDEO

Kiyevdə iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 21:22 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, ümumilikdə, tibbi yardımın alınması üçün 571 yaralı müraciət edib, onlardan 363-ü xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 76 yaralının vəziyyəti ağırdır.

****20.40

Bakı-APA. Ukraynanın paytaxtı Kiyevdə baç verən iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub”, deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR