TBMM Xarici əlaqələr komissiyası: Beynəlxalq ictimaiyyətin və Minsk Qrupunun Xocalı qətliamına lazımi qiymət verməsi vacibdir

TBMM Xarici əlaqələr komissiyası: Beynəlxalq ictimaiyyətin və Minsk Qrupunun Xocalı qətliamına lazımi qiymət verməsi vacibdir
# 26 fevral 2014 14:37 (UTC +04:00)

APA-nın TBMM-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, Türkiyə azərbaycanlıların 22 il əvvəl Xocalıda üzləşdikləri vəhşilikləri və qətliamı hər zaman qəlbinin dərinliklərində hiss edir, Ermənistan silahlı birləşmələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını qınayır: “İnsanlıq tarixinin ən qara səhifələrindən biri olan Xocalı qətliamı, nəticələri etibarilə bölgənin sülh, asayiş və təhlükəsizliyi baxımından bu gün üçün də bir problem olaraq qalır. Mülki vətəndaşlara yönəlmiş bu amansız, insanlığa qarşı əməllər və işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı qardaşımız yurdlarından ayrılmaq məcburiyyətində qalıb, iyirmi ildir qaçqın həyatı yaşamağa məcbur ediliblər”.

Sənəddə qeyd olunur ki, bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin və Minsk Qrupunun bu faciəyə lazımi qiymət verməsi vacibdir. Bəyanatda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR