Avstraliyada Xocalı tədbirləri keçirilib

Avstraliyada Xocalı tədbirləri keçirilib
# 28 fevral 2014 12:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Avstraliyadakı Azərbaycan diasporu tərəfindən təşkil olunan silsilə etiraz-məlumatlandırma aksiyaları bu gün də davam edib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmaməddin Qasımovun təşəbbüsü ilə ölkədəki ən böyük məscid olan Gelibolu Camisində 3500-dək insanın iştirak etdiyi cümə namazından öncə soyqırım barədə ətraflı bilgiləndirmə aparılıb, Xocalı qurbanlarının ruhuna dualar edilib.

Daha sonra Avstraliya qanunverici orqanlarına ünvanlanması nəzərdə tutulan və soyqırım aktına hüquqi-siyasi qiymətin verilməsinə çağırışın yer aldığı müraciət üçün böyük imzatoplama aksiyası keçirilib. Mərasimdə çıxış edən İ.Qasımov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsini və Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edərək, artıq dünyanın bir sıra ölkələrinin bu qətliamı soyqırım kimi tanıdığını vurğulayıb. Tədbir iştirakçılarına soyqırım aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılıb. İmzatoplama aksiyasına Ginnesin Rekordlar Kitabına hazırda həyatda olan ən uca boylu (2.51m) insan kimi düşmüş Sultan Kösen də qatılıb.

Aksiyaların keçirilməsinə Azərbaycanın Avstraliyadakı səfirliyi də dəstək göstərib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR