Təhsil naziri Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri ilə görüşüb

Təhsil naziri Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri ilə görüşüb
# 19 mart 2014 07:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmani ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Əfqanıstan arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırkı və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR