Əbülfəs Qarayev İƏT-in baş katibini qəbul edib - FOTO

Əbülfəs Qarayev İƏT-in baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 06 mart 2014 08:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Bin Əmin Mədənini qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İƏT arasında mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Baş katibi İyad Bin Əmin Mədəni Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycanın islam aləmində əhəmiyyətli mövqeyə sahib bir ölkə olduğunu vurğulayıb. Görüş zamanı İyad Bin Əmin Mədəni Azərbaycanın fəal iştirakı ilə İƏT ölkələrinin mədəniyyət nazirləri ilə yanaşı həm də başqa nüfuzlu şəxslərini özündə birləşdirən qurumun yaradılması, İƏT ölkələrinin mədəni qabiliyyətlərinin inkişafı ilə bağlı təlimlərin və turizm sahəsində xüsusi layihələrin həyata keçirilməsi məsələsinə toxunub.

Görüşdə Ə. Qarayev İƏT-in baş qərargahında xüsusi fotosərginin təşkili, İƏT-lə Mədəniyyət və Turizm Nazirliyi arasında çərçivə sazişinin imzalanması, həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılmış mədəni irsə dair xüsusi sənədin qəbul edilməsi barədə təkliflərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR