AMİP sədri: “Azərbaycanda keçirilən prezident seçkilərində birmənalı olaraq İlham Əliyev qalib gəlib”

AMİP sədri: “Azərbaycanda keçirilən prezident seçkilərində birmənalı olaraq İlham Əliyev qalib gəlib”
# 19 fevral 2014 10:51 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Demokratik Qüvvələrin Birliyinin (DQB) üzvü Yusif Bağırzadə deyib.

Y. Bağırzadə AMİP-in də təmsil olunduğu DQB-in seçki blokuna çevrilmə ehtimalının olduğunu, partiyanın blok şəkilində bələdiyyə və parlament seçkilərində iştirakını istisna edilmədiyini qeyd edib: “Demokratik Qüvvələrin Birliyində təmsil olunan təşkilatlar qurumun seçki blokuna çevrilməsini təklif edir. Ola bilsin ki, biz blok şəklində seçkiyə qatıldıq. Lakin qurumda bəzi siyasi təşkilatlar var ki, həm də Milli Şurada təmsil olunur. Onlara da təklif etmişəm ki, mövqelərini konkretləşdirsinlər, ya Milli Şuranı, ya da Demokratik Qüvvələrin Birliyini tərk etsinlər. Biz bilməliyik ki, seçkilərə blokla, yoxsa tək gedirik”.

Onun sözlərinə görə, AMİP Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərinə də hazırlaşır: “Biz hazırda seçkilərə neçə namizədlə getmək barədə öz potensialımızı hesablayırıq. Təsadüfi deyil ki, AMİP 2010-cu ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasından sonra ən çox namizədlə iştirak edən partiyadır. Fikrimiz var ki, bu seçkilərdə də kifayət qədər namizədlə iştirak edək”.

Y. Bağırzadə AMİP keçirilməsi nəzərdə tutulan qurultayına da toxunaraq bildirib ki, yaxın vaxtlarda Siyasi Şura qurultayın keçirilmə tarixi barədə qərar verəcək: “Yəqin ki, yaxın bir-iki ay ərzində partiyanın qurultayının keçirilmə vaxtı açıqlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR