Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 14 mart 2014 01:49 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, qitənin ikinci dərəcəli klub turnirində 1/4 final iddiasında olanlar ilk oyunlarını keçiriblər.

Bu mərhələdə hərəyə 3 klubla təmsil olunan İspaniya və İtaliya komandalarından ikisi üz-üzə gəlib. Turin və Sevilyada eyni ölkə təmsilçiləri görüşüb. Turində “Yuventus” və “Fiorentina” 1:1 hesablı bərabərliklə razılaşıblar. Seviliyada isə “Betis” səfərdə 0:2 hesabı ilə qələbə çalıb.

Portuqaliya 1/8 finalda iki komanda ilə təmsil olunub. Ölkənin iki ən titullu klubu İngiltərə və İtaliya təmsilçiləri ilə üz-üzə gəlib. “Porto” öz meydanında “Napoli” üzərində minimal hesabla qələbə çalıb. “Benfika” isə İngiltərədə “Tottenhem”i 1:3 hesabı ilə məğlub edib. “Böyük beşlik” təmsilçilərindən “Valensiya” Bolqarıstanın “Ludoqorets”indən üstün olub (0:3), “Lion” isə Çexiya “Viktoriya”sını darmadağın edib (4:1).

Yalnız iki matçda qitənin 5 ən güclü çempionatının komandası yoxdur. Həmin oyunlardan birində Hollandiya “Alkmaar”ı Rusiya “Anji”sini qəbul edib. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İsveçrədə isə “Bazel” “Zalsburq” oyununda hesab açılmayıb.

Avropa Liqası

1/8 final, ilk oyunlar

“Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya) - 0:3

Qollar: Barraqan, 5; Kartabia, 33; Senderos, 59

"Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya) - 0:0

"Porto" (Portuqaliya) - "Napoli" (İtaliya) - 1:0

Qol: Martinez, 57

“Lion” (Fransa) - Viktoriya” (Çexiya) - 4:1

Qol: Fofana, 12, 70; Lacazette, 53; Mvuemba, 61 - Horava, 3

“Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:3

Qol: Eriksen, 64 - Rodriqo, 29; Luisao, 58, 84

"Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya) - 1:1

Qol: Vidal, 3 - Qomez, 79

“Sevilya” (İspaniya) - “Betis” (İspaniya) - 0:2

Qol: Baptistao, 15; Sevilla, 77

"Alkmaar” (Hollandiya) - “Anji” (Rusiya) - 1:0

Qol: Yohannsson, 29

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR