Şirvan Diaqnostika mərkəzində yanğın təhlükəsizliyi təlimi keçirilib - FOTO - VİDEO

Şirvan Diaqnostika mərkəzində yanğın təhlükəsizliyi təlimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 fevral 2014 21:15 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidmətinin (DYNX) Muğan Regional Dövlət Yanğın nəzarəti idarəsi ərazidə yerləşən səhiyyə müəssisələrində vaxtaşırı gecə təlimləri və yoxlamalar həyata keçirir.

Növbəti gecə təlimlərindən biri də Şirvan Diaqnostika mərkəzində keçirilib. Yoxlamanın əsas məqsədi sutkanın gecə vaxtında insanlar toplaşan obyektlərdə yanğın təhlükəsizliyinin daha səmərəli təşkil edilməsidir.

Gecə vaxtlarında baş verə biləcək yanğınlar zamanı işçi personalın Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyə olunma və ümumilikdə işçi personalın ekstremal vəziyyətdə hərəkət qaydaları izah edilib. Bununla bağlı işçilərlə geniş izahat işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR