Əfqanıstan hökuməti amerikanların inşa etdiyi həbsxanadan 88 məhbusu azad edəcək

Əfqanıstan hökuməti amerikanların inşa etdiyi həbsxanadan 88 məhbusu azad edəcək
# 13 fevral 2014 04:14 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, artıq Əfqanıstanın prezidenti Həmid Karzay müvafiq sərəncamı imzalayıb.

Qərar NATO-nun hərbi kontingentinə başçılıq edən ABŞ-ın narazılığına səbəb olub. ABŞ hərbçilərinin rəyinə görə, dustaqlardan 65-i son dərəcə təhlükəli yaraqlılardı.

Öz növbəsində Həmid Karzay bildirib ki, ABŞ tərəfindən inşa edilən həbsxanalarda dustaqların saxlanılmasını ölkədə gərginliyin artmasına səbəb olur.

Məhbusların fevralın 13-dən etibarən azadlığa buraxılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR