Samur çayı üzərindən körpünün tikintisi ilə bağlı Azərbaycan-Rusiya işçi qrupunun ilk iclası keçirilib

Samur çayı üzərindən körpünün tikintisi ilə bağlı Azərbaycan-Rusiya işçi qrupunun ilk iclası keçirilib
# 18 fevral 2014 14:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakıda Azərbaycan və Rusiya hökumətləri arasında Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi ilə əlaqədar sazişin reallaşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.

«APA-Economics»in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan və Rusiyanın müvafiq dövlət strukturlarının nümayəndələri, həmçinin layihə təşkilatlarının ekspertləri iştirak ediblər.

Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri, nəqliyyat nazirinin müavini Musa Pənahov, Rusiya tərəfindən isə Rusiya Nəqliyyat Nazirliyinin departament müdiri İqor Kostyuçenko olub. Müzakirələrdə Yaraq-Qazmalar (Rusiya)-Samur (Azərbaycan) buraxılış məntəqəsi rayonunda Samur çayı üzərindən körpünün tikintisi ilə bağlı texniki məsələlər, tikintinin layihəsi və s. məsələlər müzakirə olunub.

İşçi qrupunun üzvləri növbəti iclasın aprel ayında Moskvada keçirilməsinin zəruriliyini qeyd ediblər. Qeyd edək ki, Azərbaycan-Rusiya İşçi Qrupunun I iclası fevralın 17-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR