İSESCO-nun baş direktoru beynəlxalq ictimaiyyəti ermənilərin Xocalıda törətdiyi soyqırımı pisləməyə çağırıb

İSESCO-nun baş direktoru beynəlxalq ictimaiyyəti ermənilərin Xocalıda törətdiyi soyqırımı pisləməyə çağırıb
# 26 fevral 2014 10:07 (UTC +04:00)

O, ermənilərin bu əməlini insanlığa qarşı cinayət adlandırıb.

APA-nın İSESCO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Əl-Tuveycri BMT Təhlükəsizlik Şurasının erməni işğalına son qoymaqda aciz qaldığını bildirib.

İSESCO baş direktoru qeyd edib ki, II Dünya müharibəsi zamanı bəşəriyyətə qarşı edilmiş cinayətlər 1992-ci ildə tək Xocalıda deyil, həm də islam dünyasının və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda təkrar baş verib.

Ə.Əl-Tuveycri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq birliyi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması üçün lazımi addımlar atmağa çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR