Bakıda avtobus işıq dirəklərinə çırpılıb, sürücü xəsarət alıb - FOTOSESSİYA

Bakıda avtobus işıq dirəklərinə çırpılıb, sürücü xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 mart 2014 07:18 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus “Daewoo” markalı sərnişin avtobusu yol kənarındakı işıq dirəklərinə çırpılıb.

Nəticədə, avtobus deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsi avtobusdan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR