İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başa çatıb

İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başa çatıb
# 08 mart 2014 14:33 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri başa çatıb.

APA-nın İranın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin xüsusi yardımçısı Stefan Kolmentin rəhbərliyi altında keçirilib.

İran tərəfinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edib. Müzakirələr martın 5-dən 7-dək Vyanada keçirilib və texniki xarakter daşıyıb. Hər iki tərəf danışıqların çox faydalı olduğunu açıqlayıb. Müzakirələrin nəticəsinin bir hesabat şəklində hazırlanaraq siyasi yardımşılara təqdim edilməsinə qərar verilib.

Qeyd edək ki, danışıqların gündəmini əsasən uranın zənginləşdirilməsi, Ərak ağır su nüvə reaktoru və nüvə sahəsində əməkdaşlıq kimi məsələlər təşkil edib. Martın 17-19-da da İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eştonun iştirakı ilə növbəti nüvə müzakirələri keçiriləcək. Bu danışıqlarda “altılıq” ölkələrinin nümayəndələri iştirak etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR