Arseni Yasenyuk: “Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi hissəsi yaxın həftələrdə imzalanacaq” - FOTO

Arseni Yasenyuk: “Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi hissəsi yaxın həftələrdə imzalanacaq” - <span style="color: red;">FOTO
# 07 mart 2014 11:59 (UTC +04:00)

Bakı – APA. “Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi hissəsi yaxın həftələrdə imzalanacaq”. APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseni Yasenyuk Brüsselə səfərinin nəticələri ilə bağlı Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. “Dünən Ukrayna ilə Avropa Birliyi arasında assosiasiya sazişinin siyasi hissəsinin imzalanması qərara alındı. Hazırda sazişin imzalanacağı tarixin müəyyənləşdirilməsi üçün texniki müzakirələr gedir”, - deyə o, söyləyib.

A.Yasenyuk Ukraynaya 15 milyard dollar həcmində iqtisadi və maliyyə yardımı paketinin AB toplantısında yekdilliklə təsdiqləndiyini xatırladaraq AB tərəfindən Ukraynaya əvəzsiz 2 milyard dollar qrant veriləcəyini də açıqlayıb. Daha bir qərar AB-nin birtərəfli qaydada öz bazarlarını Ukraynaya açmasıdır. Bunun nəticəsində Ukrayna bir il ərzində 400 milyon dollara yaxın gəlir əldə edəcək. A.Yasenyuk Avropaya əsasən kənd təsərrüfatı, taxıl məhsulları və qənnadı məmulatları ixrac edəcəklərini vurğulayıb.

Rusiya ilə münasibətlərə toxunan A.Yasenyuk Rusiyanın baş naziri Dmitri Medvedevlə telefon əlaqəsi yaratmaq üçün müraciət etdiyini bildirib: “Biz rusiyalı tərəfdaşlarımızla danışıqlar aparmaq istəyimizi aydın bəyan etmişik. Lakin onlar öz qoşunlarını Ukraynadan çıxarmalı, Krımdakı separatçı və terrorçuları dəstəkləməyə son qoymalı, ikitərəfli və çoxtərəfli müqavilələrə riayət etməli və bütün dünyaya bildirməlidirlər ki, Rusiya-Ukrayna münasibətlərində yeni mərhələ başlayıb. Biz heç vaxt Rusiyanın təbəəsi, Ukraynadakı filialı olmayacağıq, Rusiya rəhbərliyi bunu anlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR