Azərbaycanın müdafiə naziri Türkiyə Quru Qoşunları komandanını qəbul edib - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri Türkiyə Quru Qoşunları komandanını qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 10 mart 2014 15:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akarı qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H.Akarın Müdafiə Nazirliyində keçirilən qarşılanma mərəsimi zamanı rəsmi protokola uyğun olaraq Şərəf dəftərinə ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri Z.Həsənov Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı H.Akar da öz növbəsində iki ölkə arasındakı əlaqələrin qədim tarixi bazaya, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun da iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR