AMEA institutları və elmi müəssisələrinin yeni seçilən direktorlarının adları açıqlanıb - SİYAHI

AMEA institutları və elmi müəssisələrinin yeni seçilən direktorlarının adları açıqlanıb - <span style="color: red;">SİYAHI
# 09 aprel 2014 14:46 (UTC +04:00)

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı AMEA-nın bölmələri üzrə ümumi yığıncaqlarda direktor vəzifələrinə seçkilər keçirilib.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında seçkilərin nəticələri nəzərə alınaraq AMEA institutları və elmi müəssisələrinin 19 direktoru vəzifəsinə təsdiq olunub.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə akademik Telman Əliyev Kibernetika İnstitutunun, AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutunun direktoru seçilib.

Yer Haqqında Elmlər Bölməsi üzrə akademik Akif Əlizadə Geologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Coğrafiya İnstitutunun, Humanitar və İctimai Elmlər Bölməsi üzrə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, AMEA-nın müxbir üzvü Teymur Kərimov Əlyazmalar İnstitutunun, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Biologiya və Tibb Elmləri Bölməsi üzrə akademik Məmməd Salmanov Mikrobiologiya İnstitutunun, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunublar.

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Zəkəriyyə Əlizadə isə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiqlənib.

Digər qərarla biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov isə mərkəzin elmi katibi vəzifəsinə təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR