Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 18 iyun 2014 23:23 (UTC +04:00)

Bakı - APA. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 00:05-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR