Etibar Pirverdiyev: «Şimal-2» elektrik stansiyası ilin sonuna kimi istifadəyə veriləcək»

Etibar Pirverdiyev: «Şimal-2» elektrik stansiyası ilin sonuna kimi istifadəyə veriləcək»
# 05 mart 2014 13:45 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, bundan əvvəl «Cənub» elektrik stansiyasının açılışı olub: «Bu elektrik stansiyasının açılması ölkənin energetika sahəsində çox vacib məsələlərdən biri olub. Bu il də paylayıcı şəbəkələrdə dəyişiklik işləri davam edəcək». O, əlavə edib ki, bu il həmin şəbəkələrdə «ağıllı sayğac»ların quraşdırılması işləri aparılacaq.

«Azərenerji»nin prezidenti enerji istehlakına görə yığım məsələsinə də toxunub: «Yığımın vəziyyəti paylayıcı şəbəkələrin vəziyyətindən asılıdır. Harada ki, tam şəbəkə yaradılıb və kart-sayğacların quraşdırılması yekunlaşıb, orada yığım təxminən 100%-dir. Amma harada ki, sayğaclaşma işləri pisdir və sayğaclaşma işləri ağır gedir, orada yığım aşağıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR