Ötən ay Azərbaycanda nəqliyyatda sərnişindaşıma tarifləri 1% ucuzlaşıb

Ötən ay Azərbaycanda nəqliyyatda sərnişindaşıma tarifləri 1% ucuzlaşıb
# 14 fevral 2014 14:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,2% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 5,0% və 7,5%, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 6,2% ucuzlaşma müşahidə olunub.

Yanvar ayında dəniz nəqliyyatında MDB ölkələri üzrə yükdaşıma tarifləri 7,4% bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 3,9% ucuzlaşma, qazın nəql olunma tarifi üzrə isə 2,5% bahalaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri 0,2%, yükdaşıma tarifləri isə 4,7% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR