Ötən ay Azərbaycanda iqtisadi artım 0,8% olub

Ötən ay Azərbaycanda iqtisadi artım 0,8% olub
# 18 fevral 2014 13:31 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM-in deflyatoru 99,3% olub. ÜDM-in əhalinin hər nəfərinə həcmi 465,6 manat və ya 593,6 ABŞ dolları təşkil edib.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 7,7% artaraq 2,3 mlrd. manat və ya ÜDM-in 53,8%-ni təşkil edib, neft-qaz istehsalı və emalı sahələrində isə 6,0% azalıb.

Ümumi daxili məhsulun 50,1%-i sənaye, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,8%-i tikinti, 7,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsi, 5,6%-i nəqliyyat və anbar təsərrüfatı, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsi, 1,8%-i informasiya və rabitə xidmətləri, 15,6%-i sosial və digər xidmətlər sahəsində yaradılıb, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR