Daşkənd-Bakı aviareysi ləngiyir

Daşkənd-Bakı aviareysi ləngiyir
# 17 fevral 2014 10:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün «Özbəkistan Hava Yolları» («Uzbekistan Airways») aviaşirkətinin Daşkənd-Bakı marşrutu ilə həyata keçirilən 755 saylı reys ləngiyir.

Heydər Əliyev Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, saat 07:00-da Daşkənddən Bakıya uçmalı olan təyyarə qrafik üzrə hərəkətini yerinə yetirə bilməyib. Daşkənd-Bakı aviareysinin ləngimə səbəbi və bu reysin nə zaman yerinə yetiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Daşkənd-Bakı istiqamətində aviareyslər həftənin I günü saat 10:00-da, IV günü isə 15:35-də yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR