Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramlarından birinə daxil edilib - VİDEO

Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramlarından birinə daxil edilib - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 08:14 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsal etdiyi filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.

İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR