Prezident İlham Əliyev Şri-Lanka və Benin Respublikasının yeni səfirlərini qəbul edib - FOTO

Prezident İlham Əliyev Şri-Lanka və Benin Respublikasının yeni səfirlərini qəbul edib - <span style="color: red;">FOTO
# 01 mart 2014 11:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Faizal Razeenin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Şri-Lanka arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb, əlaqələrimizin genişləndirilməsi üçün mövcud imkanların araşdırılaraq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyi qeyd olunub.

Bu gün Azərbaycan prezidenti həmçinin Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel Kotçofanın etimadnaməsini qəbul edib.

Kotçofa ölkəsinin Azərbaycanla qarşılıqlı tərəfdaşlıq əlaqələrinin bir sıra istiqamətlərdə, o cümlədən enerji, elm, təhsil və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan prezident İlham Əliyev isə əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR