Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Samuxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 25 fevral 2014 07:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Samux rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, SKMF fevralın 20-də Samux rayonunun Lək kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Samux rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının və müasir istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR