Milli Teatr Günü Lənkəranda qeyd olunub - FOTO

Milli Teatr Günü Lənkəranda qeyd olunub - <span style="color: red;">FOTO
# 10 mart 2014 16:50 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində Milli Teatr günü qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib.
Teatrın direktoru Tofiq Heydərov yaradıcı kollektivin keçdiyi inkişaf yolundan, qarşıda duran mühüm vəzifələrindən danışıb. Teatrın aparıcı aktyorlarından əməkdar artist Sucəddin Mirzəyev, Miraslan Ağayev, Allahverən Babayev və digərləri bayram sevincini bölüşməklə çalışdıqları sənət ocağının daha böyük uğurlar əldə etməsindən ötrü bundan sonra da əzmkarlıq göstərəcəklərini bildiriblər.
Bu gün həmçinin teatrda uşaqlar üçün hazırlanmış nağıl-tamaşa balaca sənətsevərlərə təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR