Millinin martın 5-də keçirilməli olan oyunu baş tutmur

Millinin martın 5-də keçirilməli olan oyunu baş tutmur
# 25 fevral 2014 14:38 (UTC +04:00)

Bakı-APA. Ukraynada baş verən siyasi hadisələr futboldan da yan keçməyib. Apasport.az saytının məlumatına görə, ölkədə gerçəkləşən hakimiyyət dəyişikliyi milli komandanın planlarını pozub.

Belə ki, martın 5-də ABŞ-la keçirilməli olan yoxlama oyunu baş tutmayacaq. Ukrayna Futbol Federasiyası bu məlumatı hələ təsdiqləməsə də, bu ölkədən olan həmkarlarımız Xarkovdakı görüşün keçirilməyəcəyi haqda informasiya əldə edib.

Lakin baş məşqçi Mixail Fomenkonun yetirmələri təlim-məşq toplanışına yığışacaq. Martın 3-dən 5-dək Kiyevdə hazırlıq keçəcək komanda ölkə xaricində yoxlama oyununda qüvvəsini sınaya bilər. Bunun üçün ukraynalılar təcili rəqib axtarışına start veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR