FHN: Tələbə yataqxanasında baş verən yanğında 2 nəfər tüstüdən zəhərlənib, 20 nəfər təxliyə olunub - YENİLƏNİB - VİDEO

FHN: Tələbə yataqxanasında baş verən yanğında 2 nəfər tüstüdən zəhərlənib, 20 nəfər təxliyə olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 01 mart 2014 08:22 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub və yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 11.07

Bakı. Hafiz Heydərov - APA. Bakıda tələbə yataqxanasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın yataqxananın bir otağında meydana gəlib və hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində qarşısı alınıb. Xəsarət alan yoxdur.

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

***

saat 10.28

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Tibb Universitetinin yataqxanasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində Tibb Universitetinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanında yerləşən yataqxanasında qeydə alınıb.

Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR