İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 12 mart 2014 07:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Aydın Əlimərdan oğlu Xalıqova tanışı Mehman Akif oğlu Ağasiyevin gətirdiyi sovqata baxış keçirilərkən, şampun qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2.45 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Azər Əflan oğlu Quliyevə tanışı Şahin Mirfazil oğlu Abdullayevin gətirdiyi sovqata baxış keçirilərkən, “Rexsona” qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2.12 qram olan narkotik vasitə həşiş aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR