Bakının Nərimanov rayonunda yanğın olub - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yanğın olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 aprel 2014 22:30 (UTC +04:00)

APA-nın məlumatına görə, yanğın baş verən mənzildə iki kimsəsiz qadın yaşayır. Tüfeyli həyat tərzi sürən qadınlar küçələrdən məişət tullantılarını evə daşıyırlarmış. Qonşuların şikayətlərindən sonra dəfələrlə ev təmizlənsə və yığılan məişət tullantıları daşınsa da, qadınlar son günlərə qədər evə zibil daşımaqda davam ediblər.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağına və dəhlizinə yığılmış məişət tullantıları 30 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə edilib və 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR