Ermənilərin Dağlıq Qarabağın şərəfinə guya badə qaldırmaları barədə xəbərə görə azərbaycanlı və erməni deputat arasında mübahisə düşüb

Ermənilərin Dağlıq Qarabağın şərəfinə guya badə qaldırmaları barədə xəbərə görə azərbaycanlı və erməni deputat arasında mübahisə düşüb
# 18 iyun 2014 13:41 (UTC +04:00)

APA-nın məlumatına görə, Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan Azərbaycan nümayəndə heyətinin üzvü Zahid Oruca yaxınlaşaraq, bu xəbərə etiraz etmələrinin səbəbini soruşub.

O, bunu həqiqətən etdiklərini israr edərək, ölkəsini demokratik ideallara sadiq dövlət kimi xarakterizə edib, Dağlıq Qarabağın “müstəqilliyi” sağlığına badə qaldırmalarına bəraət qazandırmaq istəyib. Z. Oruc isə erməni deputatın sözünü kəsərək bu uydurmanın heç bir siyasi əxlaqa sığmadığını bildirib və erməni deputata həmkarları ilə birgə Bakıda olduqları üç gün ərzində sözün əsl mənasında separatçılıqla məşğul olduqlarını bildirib. Bundan sonra deputatlar arasında mübahisə düşüb, erməni deputat sadalanan faktlara cavab verməyərək uzaqlaşıb.

Məsələni APA-ya təsdiqləyən Z.Oruc bildirib ki, ermənilər Azərbaycan parlamentində Qarabağın “müstəqilliyi” şərəfinə badə qaldırdıqlarını iddia edirlər: “Halbuki belə bir fakt baş verməyib və bu, geri dönərkən özündən qəhrəman obrazı düzəldən Poqosyanın cəfəng uydurmasıdır. Erməni cəmiyyəti də bunun belə olduğunu bilməlidir. O ki qaldı belə sağlığa, bu, Qarabağ ermənilərinin gələcək bədbəxtliyinə və faciəsinə içilən zəhərdən başqa bir şey deyil. Mən Poqosyana dedim ki, gedib Azərbaycanın Xocalı abidəsi qarşısında baş əysinlər və ata-babalarının günahlarına görə üzr istəsinlər. Hərçənd orada xatirəsi əbədiləşdirilənlərin buna nəinki ehtiyacı yoxdur, üstəlik, bu onlar üçün daha amansız sınaqdır. Lakin erməni deputatın geri dönən kimi Ermənistanda linç edilərək qətlə yetiriləcəyini göstərmək üçün mən bu ağır təklifi səsləndirməyə məcbur oldum. Halbuki normal toplumlarda belə olmamalı idi. Almanlar bu gün Holokost qurbanlarını ziyarət edirlər. Amma mənim bu təklifim qarşısında erməni deputat gözlərini döyə-döyə baxaraq qaldı”.

Qeyd edək ki, 3 gün davam edən seminar bu gün öz işini başa çatdırıb. Seminarda Ermənistan nümayəndə heyəti də iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR