Türkiyə prezidenti Abdulla Gül Gürcüstana səfərə gəlib

Türkiyə prezidenti Abdulla Gül Gürcüstana səfərə gəlib
# 05 may 2014 21:55 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Abdulla Gülü Tiflis beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili, prezident administrasiyasının rəhbəri Laşa Abaşidze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənd Gümrükçü qarşılayıb.

Məlumata görə, sabah Abdulla Gül Gürcüstan-Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı ilə baş tutacaq üçtərəfli “2014 Tiflis Sammiti”ndə iştirak edəcək.

Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında mayın 6-da tədbirdə iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyevin də Gürcüstana gələcəyini bildirib.

Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Gürcüstan parlamentinin Milli Kitabxanasında başlanacaq tədbiri üç ölkə liderləri birlikdə açacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR