Ukraynanın BMT-dəki səfiri: “Rusiya Abxaziya və Krım kimi, hazırkı təcavüzünə də legitimlik donu geyindirməyə çalışır”

Ukraynanın BMT-dəki səfiri: “Rusiya Abxaziya və Krım kimi, hazırkı təcavüzünə də legitimlik donu geyindirməyə çalışır”
# 25 aprel 2014 12:03 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Ukrayna ilə sərhəddə keçirilən hərbi təlimlər zamanı Rusiya artilleriya, “Qrad” qurğuları və təxminən 200 tankdan istifadə edib.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki səfiri Yuri Sergeyev “Amerikanın Səsi”nə müsahibəsində deyib.

“Ölkənin cənub-şərqində biz böyük artilleriya birləşməsi qeydə almışıq ki, bu da təxminən 200 tank, “Qrad” atıcıları və xeyli sayda şəxsi heyətdir”, - deyə Y. Sergeyev bildirib.

Səfirin sözlərinə görə, Rusiya Abxaziya və Krımda hakimiyyəti ələ keçirən kiçik separatçı qrupları dəstəklədiyi kimi, hazırkı təcavüzünə də legitimlik donu geyindirməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR