Bakı-Quba yolunda yük maşını minik avtomobili ilə toqquşub, ölən var

Bakı-Quba yolunda yük maşını minik avtomobili ilə toqquşub, ölən var
# 30 may 2014 10:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yol qəzası Bakı-Quba yolunun 132-ci kilometrində qeydə alınıb.

Vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin və digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adıgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 12:22-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR