Azərbaycan Yüksək Texnologiyalar Parkı startapçılara şirkətləşmə məsələlərində yardım edəcək

Azərbaycan Yüksək Texnologiyalar Parkı startapçılara şirkətləşmə məsələlərində yardım edəcək
# 31 mart 2014 10:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Yüksək Texnologiyalar Parkı (YTP) startapların şirkətləşmə prosesinə dəstək olacaq. Yüksək Texnologiyalar Parkı startapçılara təkcə maliyyə dəstəyi deyil, növbəti mərhələlərdə onların irəli getməsinə də öz yardımını davam etdirəcək. Bunu «APA-Economics»ə Parkın baş direktorunun müavini Cabbar Musayev deyib.

C.Musayevin sözlərinə görə, bu, beyinlərin məhsullara çevrilməsi prosesidir.

«Həmin insanlar məhz bu işlərə konsentrasiya olunmalıdırlar. Bu proses gedərkən onlar çalışdıqları zaman mühasibatlıq, xərclənmə smetaları, hüquqi məsələlər kimi şirkətləşmə işlərinin də görülməsinə zərurət var. Bütün bu işləri görmək onları üçün çətin olar. Odur ki, biz bunları nəzərə alaraq şirkətləşməkdə olan qruplara məsləhətlərin verilməsi dəstəyini göstərəcəyik», - deyə C.Musayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR