Krım tatarlarının lideri Mustafa Cəmilovun evində axtarış aparılıb

Krım tatarlarının lideri Mustafa Cəmilovun evində axtarış aparılıb
# 15 may 2014 19:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Krım Tatar Məclisinin mətbuat katibi Əli Həmzin Ukraynanın “UNN” agentliyinə açıqlamasında bildirib.

Ə. Həmzin deyib ki, dünən Krım tatarlarının lideri Mustafa Cəmilovun iştirakı olmadan evində axtarış aparılıb: “ Səhər saat 5 radələrində mənim də evimdə özümün iştirakı olmadan axtarış aparıldı ”.

Onun sözlərinə görə, bir neçə gün əvvəl 150-dək tatar polis şöbələrinə aparılıb: “Onlardan barmaq izləri götürülüb, şəkilləri çəkilib, məscidlərə getmələrinin məqsədlərinin açıqlanması tələb olunub”.

Ə. Həmzin Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunmasının vacibliyini vurğulayıb: “Məsuliyyəti tək Rusiya deyil, həm də Budapeşt memorandumunun zaminləri daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR