Saxalində zəlzələ olub

Saxalində zəlzələ olub
# 29 aprel 2014 01:49 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Saxalin vilayətinin cənubunda 3,0 gücündə zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 13:34 -də qeydə alınıb.

Zəlzələnin episentri Cənubi Saxalinsk şəhərindən 40 km şimalda, ocağı 7 km dərinlikdə olub.

Saxalinin əksər yaşayış məntəqələrində yeraltı təkanlar hiss edilməyib, sunami xəbərdarlığı elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR